Elvin Məmmədovun 300-cü oyunu
ESTAFET/ “Sumqayıt”ın futbolçusu Elvin Məmmədov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib. Bu yubiley futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının XVIII turuna təsadüf edib. “Zirə” ilə ev matçına (0:1) start heyətində çıxan 31 yaşlı yarımmüdafiəçinin hesabında 24 qol var. O, ölkə çempionatlarında 300 və daha çox oyun keçirən 19-cu futbolçu olub.
1. Mahmud Qurbanov - 421
2. Azər Məmmədov - 388
3. Rəşad Sadiqov - 386
4. Aslan Kərimov - 382
5. Rəşad Abdullayev - 378
6. Aqil Məmmədov - 363
6. Rahid Əmirquliyev - 363
8. İsmayıl Məmmədov - 351
9. Elnur Abdullayev - 334
10. Vüqar Nadirov - 332
11. Kənan Kərimov - 327
12. Rəşad Sadıqov - 326
13. Nadir Nəbiyev - 316
13. Rail Məlikov - 316
15. Mübariz Orucov - 311
16. Müşfiq Hüseynov - 305
17. Ədəhim Niftəliyev - 303
18. Kamal Quliyev - 302
19. Elvin Məmmədov - 300
Qeyd edək ki, ölkə çempionatında 2003/04 mövsümündə “Turan”ın heyətində debüt edən Məmmədov Tovuz təmsilçisində 49 (3 qol), indi “Keşlə” adlanan “İnter”də 51 (7 qol), “Qarabağ”da 70 (3 qol), “Bakı”da 73 (3 qol), “Zirə”də 39 (5 qol), “Qəbələ”də 11 (2 qol), “Sumqayıt”da 7 (1 qol) matç keçirib.