Millinin "Bacell Arena"da oynaması maddiyyatla əlaqəlidi

ESTAFET/ AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın qarşıdakı 3 oyununun Tofiq Bəhramov adına Respublika stadionunda deyil, “Bakcell Arena”da keçirilməsinə aydınlıq gətirib. "CBC Sport"un canlı yayımında bu sualı cavablandıran baş katib bunu maddiyyatla əlaqələndirib: “Respublika stadionu AFFA-nın balansında deyil. Ona görə də millimizin orada keçirəcəyi hər oyun üçün müəyyən məbləğ ödənilməlidi. Konkret rəqəmi də açıqlaya bilərəm, vergilər daxil olmaqı 50 min manatdı. Özü də məşqlər üçün də ayrıca ödəniş edilməlidir. “Bakcell Arena” isə AFFA-nın balansındadı. Deməli, millimizin qarşıdakı 3 oyununu bu stadionunda keçirməklə 150 min manat qənaət etmiş oluruq. Millinin oyunları zamanı əsas gəlir skaybokslardan götürülür. “Bakcell Arena”da isə bunların sayı daha çoxdu - 23. Respublika stadionunda isə bu rəqəm 12-di".

Qeyd edək ki, millimiz martın 25-də Litva ylğmaısyla yoldaşlıq görüşünü, iyunun 6-da Macarıstan, 11-də Slovakiya yığmalarıyla AVRO-2020-nin ev matçlarını "Bakcell Arena"da keçirəcək.  

Mənbə: Sport24

Müəllif: Orxan NOVRUZOV