Şeydayev son oyunda 90 dəqiqə meydanda oldu

ESTAFET/ Rusiyanın “Krılya Sovetov” klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Millimizin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi Samara təmsilçisi Qazaxıstan çempionu “Astana” ilə üz-üzə gəlib.

Ramil qolsuz bərabərliklə başa çatan bu görüşün iştirakçısı olub. O, “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun çalışdırdığı “Astana”ya qarşı start heyətdə meydana çıxıb və sonadək oynayıb. 

Müəllif: Natiq NƏSİROV