XVIII turun ən yaxşısı Ansi Aqolli oldu

ESTAFET/ “InStat”ın təhlilinə əsasən futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XVIII turunun ən yaxşı futbolçusu məlum olub.

Bu, “Qarabağ”ın müdafiəçisi Ansi Aqollidir. 36 yaşlı alban oyunçu “Sabaha”a qarşı görüşdə 90 dəqiqə meydanda olub. Araşdırmalara əsasən Ansi Aqolli turun ən yaxşı indeksə malik futbolçusudur. 

Müəllif: Məsim MƏSİMZADƏ