İntizam Komitəsinin növbəti iclası keçirildi
ESTAFET/ İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XVIII turunun “Sabah” – “Qarabağ” matçında “Sabah” klubunun 15 №-li futbolçusu Erik Ramos ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer Liqasının XVIII turunun “Neftçi” – “Səbail” matçında “Səbail” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 48).
I Divizionun XVI turunun “Səbail-2” – “Keşlə-2” matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klublar 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçında “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur (maddə 40).
I Divizionun XVI turunun “Şüvəlan” – “Qarabağ-2” matçının ikinci hissəsi “Qarabağ-2” komandasının yubanması səbəbindən 4 dəqiqə gec başladığı üçün “Qarabağ-2” 80 manat cərimələnir (maddə 53.3).
I Divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında “Neftçi-2” klubunun üzvü Rəhman Daşdəmirov matçın 86-cı dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan qovulduğu üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
I Divizionun XVI turunun “Turan Tovuz” – “Neftç-2” matçında lazimi inventarlar olmadığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 60).
I Divizionun XVI turunun “Kəpəz” – “Zaqatala” matçının iclasında qonaq komandanın nümayəndəsi iştirak etməyib. Bu səbəbdən “Zaqatala” klubu 80 manat cərimə olunur (maddə 55).
I Divizionun XVI turunun “Sabah -2”- “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubu matçın ilkin protokolun gec tədqim edib. Bu səbəbdən “Qaradağ Lökbatan” klubu 80 manat cərimələnir (maddə 55).