BŞH tribunalarının quraşdırılmasına start verilib

ESTAFET/ “Formula 1” üzrə 2019-cu il Azərbaycan Qran-prisi üçün tribunaların quraşdırılmasına start verilib.

Bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən bildirilib. Proses ilk olaraq “Abşeron” və “Xəzər” tribunalarının quraşdırılmasından başlanılıb. BŞH-də ümumilikdə 9 tribuna var. Bunlar “Abşeron”, “Azneft, “Muğam”, “Sahil”, “İçərişəhər”, “Qız Qalası”, “Bulvar”, “Xəzər” və “Filarmoniya” tribunalarıdır. Həmçinin ayaqüstü zonalar üçün də bilet satışı həyata keçirilir.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi isə 26 - 28 apreldə olacaq. 

Müəllif: Natiq NƏSİROV