"Neftçi"nin yetirməsi Latviya klubunda

ESTAFET/ Gənc futbolçuların inkişafına xüsusi önəm verən "Neftçi” komandası yetirməsi Elvin Sərkərovun təcrübə qazanmasına şərait yaradıb. 22 yaşlı müdafiəçi Latviyanın "Dauqavpils” klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə görə, Elvin Sərkərov başqa bir kluba transfer olunarsa, gəlirin böyük hissəsi "Neftçi” PFK-ya ödəniləcək. Bundan əlavə, U-21 milli komandamızın üzvü Azərbaycana qayıdacağı halda ilk seçimini "Neftçi” üzərində edəcək.

Qeyd edək ki, Sərkərov bu mövsüm 6 oyunda meydana çıxıb. 

Müəllif: Məsim MƏSİMZADƏ