Yeniyetmə qızlar Poltavada mübarizə aparacaq
ESTAFET/ Martın 2-də Ukraynanın Poltava şəhərində qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçiriləcək.
Böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında yarışda ölkəmizi 5 yeniyetmə güləşçi təmsil edəcək. Poltavada Gültəkin Şirinova, Nərgiz Səmədova (hər ikisi 49 kq), Elnurə Məmmədova (53 kq), Jalə Əliyeva (61 kq) və Nigar Mirzəzadə (65 kq) mübarizə aparacaq.