Aytac Qardaşxanlı Avropa kubokunda qızıl medal qazanıb
ESTAFET/ Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə Avropa kuboku başa çatıb. Yarışın son günü Azərbaycan milli komandasının 2 üzvü medal qazanıb. Yeniyetmə cüdoçularımız 1 qızıl və 1 gümüş medala layiq görülüblər. Qızların yarışında 57 kq çəki dərəcəsində çıxış edən Aytac Qardaşxanlı bütün rəqiblərinə qalib gələrək Antalya turnirinin çempionu olub. Oğlanların mübarizəsində ölkəmizi təmsil edən Elcan Hacıyev (73 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Beləliklə yeniyetmə cüdoçularımız Türkiyədə 1 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Beynəlxalq turnirin ilk günü
Kamran Süleymanov (55 kq) və Nahid İsmayılov (66 kq) gümüş medala, Şükran Zamanlı (55 kq) isə bürünc medala layiq görülüb. Qeyd edək ki, Antalya turnirində 16 ölkədən 495 yeniyetmə cüdoçu mübarizə aparıb.