Qadın güləşçilərimizin U-23 Avropa çempionatı üçün heyəti

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Sabah qitə birinciliyində qadın güləşçilərin mübarizəsinə start veriləcək. Məsul yarışda yığmamızın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, AÇ-də qadınlar martın 6-8-də çıxış edəcək. 

Müəllif: Natiq NƏSİROV