Ukraynada parlaq çıxış

ESTAFET/ Martın 2-də Ukraynanın Poltava şəhərində qadın güləşi üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.

Müvafiq yığmamız bu yarışda parlaq çıxışla diqqət mərkəzinə düşüb. Belə ki, böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Həşimzadənin rəhbərliyi altında Poltavada ölkəmizi təmsil edən 5 güləşçimizdən 4-ü fəxri kürsüyə qalxıb. Nigar Mirzəzadə (65 kq) qızıl, Gültəkin Şirinova (49 kq) və Elnurə Məmmədova (53 kq) gümüş, Jalə Əliyeva (61 kq) isə bürünc medal qazanıb.
 

Müəllif: Natiq NƏSİROV