Davud İbrahimov Avropa üçüncüsü oldu

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatı davam edir.

Beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulub. Təmsilçilərimizdən yalnız Davud İbrahimov ümidləri doğruldaraq bürünc medalı boynundan asıb. Beləliklə, Novi Sadda ilk medalımız İbrahimovdan gəlib.

57 kq
Təsəlliverici görüş: İslam Bazarqanov - Razvan Marian Kovats (ROU) 3:4
Təsnifat: İslam Bazarqanov - Andrey Yatsenko (UKR) 2:12

65 kq
1/8 final: Turan Bayramov - Sain Kazirik (RUS) 7:8

70 kq
Bürünc medal görüşü: Davud İbrahimov - Vasile Diakon (MDA) 6:5
Təsəlliverici görüş: Davud İbrahimov - Aleksey Boruta (UKR) 9:7
Təsnifat: Davud İbrahimov - Razambek Camalov (RUS) 1:11

79 kq
1/4 final: Rəşad Yusifli - Tariel Qaprindaşvili (GEO) 7:9
Təsnifat: Rəşad Yusifli - Mattias Şmidt (GER) 8:1

97 kq
1/4 final: Əliməhəmməd Alixmayev - Givi Matçaraşvili (GEO) 0:11 

Müəllif: Natiq NƏSİROV