Taekvondoçularımızdan Eyndhovendə 8 medal
ESTAFET/ Taekvondo üzrə Azərbaycan milli komandası Niderlandın Eyndhoven şəhərində təşkil olunan ənənəvi “Dutch Open” turnirində qüvvəsini sınayıb. Komandamız bu turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb.
Sayca 46-cı G1 dərəcəli yarışda Cavab Ağayevlə (63 kq) Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gəliblər. Qaşım Məhəmmədov (58 kq) və Radik İsayev (+87 kq) gümüş medalla kifayətləniblər. Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi – 87 kq) yarımfinala kimi irəliləyiblər.
Yığmamız Hollandiyadan birbaşa Belçikaya yollanacaq. Komandamız ATF vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Rza Mehmandost, eləcə də Elnur Amanovun rəhbərliyi ilə 16 martda Lommel şəhərində açıq Belçika sınağında qüvvəsini sınayacaq.