Millimiz Belçikadan 4 medalla dönür
ESTAFET/ Takevondo üzrə milli komandamız Belçikada uğurlu çıxış edib. Martın 16-dan Lommel şəhərində start götürən və sayca 40-cı olan G2 kateqoriyalı “Belgium Open” turnirində mübarizə aparan taekvondoçularımızdan 4-ü fəxri kürsüyə qalxıb.
Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (63 kq) və Milad Beigi Hərçəqani (80 kq) bütün rəqibləri üzrində qələbə qazanaraq qızıl medala sahib olublar.
Ayxan Tağızadə (74 kq) isə yalnız final görüşündə məğlub olub və “gümüş”lə kifayətlənib.
69 ölkədən 1272 taekvondoçunun qatıldığı turnirdə komandamız aktivinə 3 qızıl və 1 gümüş medal əlavə edib.
Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə taekvondoçularımız Hollandiya açıq birinciliyində də uğurla çıxış edərək 8 medal qazanmışdılar.
Millimiz martın 18-də vətənə dönəcək.