COŞUA UAYLDERLƏ DÖYÜŞ ÜÇÜN IBF KƏMƏRİNDƏN İMTİNA EDƏ BİLƏR
ESTAFET/ Supreağır çəkidə IBF versiyası üzrə Dünya çempionu britaniyalı Entoni Coşuanın promouteri Eddi Hirn hesab edir ki, müştərisi titulunun məcburi qorunmasından qaçmaq üçün öz kəmərindən imtina edə bilər. Bu ilin 29 aprel tarixində Coşua Vladimir Kliçkoya qarşı döyüşəcək. Ortada isə IBF və WBA kəmərləri olacaq.
"Bu vəziyyət Tayson Fyurinin öz kəmərini itirdiyi vəziyyətə oxşayır. Bütün kəmərləri qazanmaq və bununla bərabər azarkeşlərə maraqlı olacaq döyüşlər təşkil etmək olmaz. IBF-də deyirlər ki, əgər Coşua Kliçkoya qalib gəlsə, Pulevlə döyüşməlidi. Ancaq biz artıq gələn yay Uaylderlə döyüş təşkil etmək istəyirik. Yaxud da Jozef Parkerlə. Əgər lazım gəlsə Coşua IBF kəmərindən imtina edə bilər" - deyə Hirn mətbuata aşıqlama verib.