Avropa çempionatının fərdi yarışlarında bir qızıl və 3 bürünc finalı
ESTAFET/ Karate üzrə milli komandanın lideri Rafael Ağayev (-75 kq) İspaniyanın Quadalahara şəhərində 4-cü Avropa çempionatının finalına yüksəlib. Şənbə günü həlledici görüşdə R.Ağayevin rəqibi Luici Busa (İtaliya) olacaq.
Daha 3 karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq. Asiman Qurbanlı (+84 kq) Rizvan Talıbovla (Ukrayna), Nuranə Əliyeva (-50 kq) Yelena Milivoyceviclə (Serbiya), Roman Heydərov (kata) isə İlya Smorqunerlə (Almaniya) tatamiyə çıxacaq.
Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici görüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.
Qitə çempionatının ikinci yarış günü komandalar mübarizəyə qoşulur. İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandasının qrup rəqibləri Portuqaliya, İtaliya, Monteneqro və İspaniya karateçiləri olacaq. Komanda kumite turnirində Rafiz Həsənov, Rafael Ağayev, Ayxan Mamayev, Asiman Qurbanlı, Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayevdən ibarət heyət Belaruslu idmançılarla döyüşlərə start verəcəklər. İlahə Qasımova, Fəridə Abiyeva, İrina Zaretska və Fəridə Əliyeva digər komanda yarışlarında ilk mübarizəsi Polşa karateçilərinə qarşı olacaq.
29 martda həmçinin Para-karateçilərin yarışı keçiriləcək. Azərbaycanı Dünya ikincisi Sahib Əhədov təmsil edəcək. Qitə çempionatının rəsmi açılış mərasimi də bu günə salınıb. Nəticələr Pabellon Multuisos arenasından federasiyanın rəsmi saytı vasitəsilə canlı təqdim olunur.