Gənc "klassiklər" Batumidən 5 medal dönür

ESTAFET/ Martın 29-30-da Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Məşqçilər Akif Əliyev və Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi təmsil edən komandamız 5 medal qazanıb. Niyaz Ərzumanov (67 kq) gümüş, Həsən Məmmədli (60 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Xasay Yusubov (130 kq) isə bürünc medala sahib olub. Böyük məşqçi Nurəddin Rəcəbovun rəhbərlik etdiyi gənclərdən ibarət yığmamızın əsasən ehtiyat qüvvəsi sayılan bu heyətin 9 ölkənin təmsil olunduğu yarışda əldə etdiyi 5 medalı yüksək nəticə kimi qiymətləndirmək olar.
 

Müəllif: Natiq NƏSİROV