U-21 qələbə qazanıb

ESTAFET/ Sloveniyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası növbəti yoxlama oyunu keçirib. Yerli “Olimpiya” klubunun əvəzedici komandası ilə qarşılaşan yığmamız 4:2 hesablı qələbə qazanıb.

Komandamızın heyətində Musa Qurbanlı, Turan Manafov, Elvin Cəfərquliyev və Emil Qasımov fərqlənib. 

Müəllif: Natiq NƏSİROV