"Səbail" Bolqarıstanda hazırlaşacaq

ESTAFET/ Futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının bürünc mükafatçısı "Səbail" yay təlim-məşq toplanışının məkanını seçib. Komandanın baş məşqçisi Aftandil Hacıyev Bolqarıstanın Bansko şəhərində hazırlıq keçəcəklərini bildirib:

"Menecerimiz Fərəc Əliyev ordakı şəraitlə yerində tanış olmaq üçün səfərə getmişdi və artıq qayıdıb. Banskoda şərait biz razı salır. İyunun 18-dək iyulun 2-dək həmin məkanda toplanışımız olacaq. Orda 4 yoxlama matçı keçirəcəyik. Tarixlər, rəqiblər sonradan dəqiqləşəcək. Avroliqada ilk oyunu səfərdə keçirsək belə, çox güman, toplanışdan sonra Bakıya qayıdacağıq".

 

Qeryd edək ki, "Səbail" debüt edəcəyi avrokuboklarda ilk matçını iyulun 11-də keçirəcək.

 

Müəllif: Bəhruz MƏMMƏDOV