Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Balayevdən möhtəşəm çıxış - - VİDEO
Balayevdən möhtəşəm çıxış - VİDEO

ESTAFET/ Futbol üzrə Qazaxıstan çempionatında 13-cü turun oyunları keçirilib. Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Şaxtyor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:0.

Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Oyunboyu gözəl çıxışı ilə diqqət çəkən Balayev 73-cü dəqiqədə komandasını real qoldan xilas edib. O, rəqib futbolçu Marat Şaxmetovun penalti zərbəsini dəf edib.  

“Tobol” hazırda 29 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

 

Müəllif: Estafet.az