"Gəncə Kuboku" beynəlxalq turniri keçirilib

ESTAFET/ Gəncə şəhərində ənənəvi "Gəncə Kuboku" beynəlxalq turniri keçirilib. Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Milli Karate Federasiyası, federasiyanın Gəncə Regional Şöbəsi və Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkil etdiyi yarışda 6-12 yaşadək uşaqlar və 14-15 yaşlı yeniyetmələr kumite və kata çxışlarında mübarizə aparıb. Fərqlənən idmançılara müvafiq medal və diplomlar verilib.

Yarışın açılış mərasimində federasiyanın Gəncə Regional Şöbəsinin rəhbəri Sahib Rzayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov eləcə də digər çıxış edənlər regionlarda belə turnirlərin keçirilməsinin uşaq və yeniyetmələr arasında karate döyüş idman növünün kütləviliyinə müsbət təsirlərindən danışaraq, idmançılara uğurlar arzulayıblar. Çıxışların ardından fəxri qonaqlara Gəncənin qədimliyini əks etdirən xatirə hədiyyələri təqdim olunub.  

Müəllif: Natiq NƏSİROV