"Neftçi" legionerini Avroliqada oynada bilməyəcək

ESTAFET/ "Neftçi"nin haitili futbolçusu Soni Mustivar milli komandasının düşərgəsində zədələnib. Haiti Futbol Federasiyasının rəsmi saytında olan xəbərə förə, 29 yaşlı yarımmüdafiəçi məşqlərin birində komanda yoldaşı ilə toqquşma nəticəsində xəsarət alıb.
MRT müayinəsi nəticəsində onun sağ dizinin iç bağlarının qırıldığı müəyyənləşib. Bu üzdən Mustivarın 1-3 ay arası yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Lakin bu müddətdə cərrahiyyə əməliyyatı olunmasına ehtiyac duyulmayacaq. Buna baxmayaraq, "Neftçi" Avropa Liqasının təsnifat mərhələlərində bu legionerinin xidmətlərindən yararlana bilməyəcək.
Qeyd edək ki, Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq "Gold Cup"a hazırlaşır. 16 iştirakçısı olduğu bu yarış iyunun 15-dək iyulun 7-dək keçiriləcək.
Mənbə: Sport24.az
