Millimiz bosniyalılarla qarşılaşacaq

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 7-dən 11-dək Bakıda, iyunun 12-dən 15-dək Bosniya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanışı, iyunun 13-də və 15-də adıçəkilən ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Toplanışa dəvət olunmuş futbolçulardan Eldar Tağızadə komandaya Zenitsa şəhərində qoşulacaq. Hazırlıq prosesində iştirak edəcək futbolçuların siyahısını diqqətinizə çatdırırıq:
| Adı, Soyadı | Klubu |
| Elgün Bayramov | Neftçi |
| Mirəli Əhmədov | Neftçi |
| Nihad Cəfərov | Neftçi |
| Mehrac Baxşəliyev | Qəbələ |
| Rauf Rüstəmli | Qəbələ |
| Ülvi Mədətov | Qəbələ |
| Mirmövsüm Canıyev | Qarabağ |
| Fidayi Əzizli | Qarabağ |
| Musa Musazadə | Qarabağ |
| Zöhrab Əsədov | Qarabağ |
| Nurəli Nurəliyev | Zirə |
| Cəlal Hüseynov | Zirə |
| Elnur Mirzəyev | Zirə |
| Vüsal Əliyev | Zirə |
| Kamal Kazımov | Keşlə |
| Rəşad Həsənov | Keşlə |
| Vüsal Qənbərov | Sabah |
| Raqib Abışov | Sabah |
| Sənan Aslanov | Turan Tovuz |
| Eldar Tağızadə | Fundacion Marcet (İspaniya) |
| Ayxan Cabbarov | Göteborq (İsveç) |
| Fərman Teymurov | Atlet (Ukrayna) |
| Amin Ramazanov | Lokomotiv (Moskva, Rusiya) |
| Nikita Pesotski | Çertanovo (Moskva, Rusiya) |

