Ruslan Abışovla müqaviləyə xitam verildi

ESTAFET/ "Neftçi” PFK yetirməsi Ruslan Abışovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Klub rəsmi saytında 31 yaşlı müdafiəçiyə xidmətlərinə görə təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb!
Qeyd edək ki, Abışov 2006-2012, 2016-2019-cu illərdə "Neftçi”nin heyətində 154 oyun keçirib, 13 qol vurub.
