“Keşlə” yeni transferini açıqladı

ESTAFET/ “Keşlə” növbəti transfer həyata keçirib. Paytaxt klubu argentinalı futbolçu Franko Valentin Floresi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu gün klub rəhbərliyi ilə futbolçu arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müdafiəçi mövqeyində çıxış edən və son iş yeri Kiprin "Alki Oroklini" klubu olan Floreslə imzalanmış müqavilənin müddəti 1 ili əhatə edir. 

Müəllif: Orxan NOVRUZOV