"Neftçi" Avropa Liqasında "Arsenal"la qarşılaşa bilər

ESTAFET/ Xəbər verdiyimiz kimi, bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, "Neftçi” PFK "Speranta” (Moldova) səddini keçəcəyi halda, növbəti mərhələdə Rusiyanın "Arsenal” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasında ikinci təsnifat mərhələsinin oyunları iyulun 25-i və avqustun 1-də baş tutacaq. 

Müəllif: Natiq NƏSİROV