"Qarabağ"ın ÇL-də rəqibi müəyyənləşdi
ESTAFET/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin püşkü atılıb. İveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 16:30-da başlayan mərasimdə ölkəmizi burda təmsil edəcək “Qarabağ”ın da rəqibi bilinib.
Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubuyla qarşılşacaq. Püşkün nəticəsinə görə ağdamlılar ilk matçı səfərdə keçirəcək.
Qeyd edək ki, ÇL-nin I təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab görüşləri 16-17-da keçiriləcək.