"Əsas odur Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq": Namiq

ESTAFET/ "Neftçi”nin yarımmüdafiəçisi Namik Ələskərov "SKA-Xabarovsk” ilə yoxlama oyununu (3:1) dəyərləndirib. İlk qolun müəllifi klubun rəsmi saytına açıqlamasında bugünkü görüşün gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli olduğunu deyib:
"Ağır məşqlərin fonunda oyun keçirdik. Düzdür, yoxlama görüşlərində nəticə vacib deyil. Bununla belə, qələbə qazandığımız üçün şadam. Əsas odur Avropa Liqasındakı ilk oyunumuzadək tam hazır olaq. Uğurlu çıxış etmək üçün üzərimizdə çox işləməliyik. Bu günkü oyun gənc futbolçuların meydana çıxması baxımından da əhəmiyyətli oldu”.
