"Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm": Tural

ESTAFET/ "Neftçi”nin müdafiəçisi Tural Axundov "SKA-Xabarovsk” ilə yoxlama oyunundan (3:1) sonra klubun rəsmi saytına açıqlama verib. Təcrübəli futbolçu sınaq matçlarının faydalı olduğunu bildirib:

 

"Toplanışın əvvəlində məşqlər ağır keçir. Bununla belə, sınaq matçlarının olması həm oyun təcrübəsi, həm də özümüzü göstərmək baxımından faydalıdır. İlk görüş idi deyə, çətin oldu. Yaxşı ki, birinci hissədə qollarımızı vurduq. Yoxlama oyunu olsa da, qalib gəldiyimizə görə sevinirəm”. 

Müəllif: Bəhruz MƏMMƏDOV