Qazıbəyov ilk mərhələdə dayandı: Minsk 2019

ESTAFET/ Azərbaycan millisinin daha bir boksçusu Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə start verib. 64 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov ilk döyüşünü keçirib.

Boksçumuz mübarizəyə 1/16 finaldan başlayıb. Onun “Uruçye Arena”dakı rəqibi hollandiyalı Enriko Lakruz olub. B.Qazıbəyov uduzaraq, Avropa Oyunlarında çıxışını başa vurub. 

Müəllif: Natiq NƏSİROV