"Qarabağ" - "Partizani" matçının vaxtı açıqlandı

ESTAFET/ "Qarabağ"ın futbol üzrə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə cavab görüşünün vaxtı müəyyənləşib. UEFA-nın rəsmi saytında verilən məlumata görə, qarşılaşma iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.
Oyunun start fiti saat 21:00-da veriləcək.
Qeyd edək ki, bu komandalar arasında Tiranadakı ilk görüş iyulun 10-da Bakı vaxtı ilə 19:30-da keçiriləcək.
