"Sabah"ın yeni transferləri komandaya qoşuldu

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının iştirakçısı "Sabah" 2019-20 mövsümünün hazırlıqlarını davam etdirir. Klubun rəsmi saytının məlumatına görə, paytaxt təmsilçisi Bakıda məşqlərini keçir.

Dünənki məşqdə son transferlər Bəhlul Mustafazadə və Amadu Diallo da qoşulub.

Qeyd edək ki, iyulun 22-dək paytaxtda hazırlaşacaq "Sabah" gələn ayın 23-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yollanacaq. 

Müəllif: Orxan NOVRUZOV