Hakimlərin təlim-məşq toplanışı olacaq

ESTAFET/ İyulun 1-dən 3-dək Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal və çimrəlik futbolu hakimlərinin təlim-məşq toplanışı olacaq. Hakimlər Komitəsinin təqdim etdiyi toplanış proqramını təqdim edirik:

Hakimlər Komitəsi:
Sədr: Fritz Stuchlik
Üzv: Elçin Məmmədov
Fitnes məşqçiləri:
Namiq Quliyev
Rüstəm Rüstəmli

Geyim forması: Nike idman kostyumları (bu geyim toplanış müddətində istifadə olunacaq). İstisna hal kimi hər hansı idman geyimi, lakin üzərində reklam və klub loqosu olmamalıdır.

İştirakçılar özləri ilə gətirməlidir:

- İdman geyimi (praktiki məşğələ üçün)
- sarı və qırmızı vərəqələr, fit
- "Oyun qaydaları" kitabı - Qələm və qeydlər üçün dəftər

Qaydalar haqqında məlumatınız olsun:

- Spirtli içkiyə qəti icazə verilmir
- Saat 22.30-dan sonra öz yataq otağınıza daxil olmalısınız
- Dərs otağına və yeməkxanaya mobil telefon ilə daxil olmaq qadağandır
- Əgər xəstəlik və ya zədə səbəbindən nəzəri və praktiki məşğələdə iştirak etmirsinizsə, bu barədə rəhbər şəxsləri məlumatlandırmaq və həkim ilə əlaqə saxlamaq lazımdır.
- Milli Komandaların Təlim-Məşq Mərkəzinin daxili qaydalara riayət etmək.

Toplanışa dəvət olunan hakimlərin siyahısı

Ağayev Elvin, Balaşov Vüsal, Əliyev İsgəndər, Əsgərov Azər, Fərəcov Anar, Həsənov Fuad, Heybətov Rahin, Hüseynov Azad, Mahmudov, Mehman, Məhərrəmov Ramiz, Məlikov Kənan, Məmmədov Mahir, Musayev Elman, Musayev Vaqif, Namazov Ramil, Nəbiyeva Maya, Nəsirov Ziya, Qafarlı Hikmət, Quluzadə Elmir, Xasıyev Nahid, Nağıyev Nail,

Seminarda iştirak edən müəllimlər

Səmədli Elçin, Məmmədov Murad

Seminarda iştirak edən təlimçilər

Nəcəfov Füzuli, Əsədov Ramiz 

Müəllif: Natiq NƏSİROV