"Neftçi" toplanışı məğlubiyyətlə başa vurdu

ESTAFET/ "Neftçi” Türkiyə təlim-məşq toplanışı çərçivəsində sonuncu oyununu keçirib. Komanda Ukraynanın "Vorskla” klubu ilə qarşılaşıb. "Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelinin meydanında baş tutan görüşdə "ağ-qaralar” 2:3 hesabı ilə məğlub olub. "Neftçi”nin heyətində Vanqelis Platellas (29-cu dəqiqə) və Dario Frederiko (33-cü dəqiqə) fərqləniblər.

Qeyd edək ki, komanda sabah vətənə qayıdacaq.

"Neftçi”: 1.Səlahət Ağayev, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 8.Emin Mahmudov (K), 10.Dario Frederiko, 11.Vanqelis Platellas, 19.Rauf Əliyev, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 7.Namik Ələskərov, 17.Rəhman Hacıyev, 18.Tural Axundov, 20.Elnur Süleymanov, 32.Mirkamil Əliyev, 33.Turan Vəlizadə, 37.Vüsal Əsgərov, 47.Əsgər Hüseynov, 80.İsmayıl Zülfüqarlı, 85.Şöhrət Yusifov. 

Müəllif: Bəhruz MƏMMƏDOV