Millimizin futbolçusu rəsmən İngiltərə Premyer Liqa klubunda

ESTAFET/ Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşov İngiltərənin “Vulverhempton” klubu ilə müqavilə bağlayıb. Premyer Liqa təmsilçisi 20 yaşlı hücumçunu Portuqaliyanın “Eştoril” komandasından transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Lakin Renat hələ yeni klubunda çıxış edə bilməyəcək. Çünki “Vulverhempton” 4 illik müqavilə bağladığı forvardı icarəyə göndərməyə üstünlük verib. Həmyerlimiz yenidən Portuqaliyda, bu dəfə “Pasuş de Ferreyra” klubunda oynayacaq.

 

Qeyd edək ki, Almaniya futbolunun yetirməsi olan və bu ölkənin aşağı yaş yığmalarında çıxış edən Dadaşov sonradan Azərbaycan millisinə cəlb olunub. O, ötən ilin yayında “Eştoril”lə iki illik müqavilə imzalayıb. 

Müəllif: Məsim MƏSİMZADƏ