"Keşlə" paraqvaylı hücumçunu heyətinə qatdı
ESTAFET/ "Keşlə" yeni mövsüm öncəsi növbəti transferini rəsmiləşdirib. Klubun rəsmi saytında verilən xəbərə görə, Lorenzo Frutos paytaxt klubu ilə anlaşıb.
Tərəflər arasında artıq sözləşmə də imzalanıb. Belə ki, paraqvaylı hücumçu 2020-ci ilin yayına qədər bakılılara məxsus olacaq.
Qeyd edək ki, 1989-cı il təvəllüdlü Lorenzo Frutosun son klubu Venesuela təmsilçisi "Deportivo Lara" olub. Bununla yanaşı, o, Paraqvayın “Sol de América”, “Rubio Nu”, “İndependyente” və Salvadorun “Santa Tecla” klublarında çıxış edib.