Balayev "339"la Qazaxıstanda rekordçudu

ESTAFET/ Qazaxıstanın “Tobol” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Emil Balayevin Premyer Liqada "quru seriya"sı 339 dəqiqədir davam edir. 25 yaşlı qapıçımızı 277 dəqiqəlik göstərici ilə “Kayrat”dakı həmkarı Stas Pokatilov izləyir.

Emil bu mövsüm Qazaxıstan çempionatında ən uzun "quru seriya"ya malik qapıçıdır. O, daha öncə 683 dəqiqə qapısını toxunulmaz saxlamışdı. 

Müəllif: Orxan NOVRUZOV