Axundzadənin ABŞ klubuna transferi rəsmiləşdi

ESTAFET/ ABŞ təmsilçisi "Kolumbus Kru" "Qarabağ"ın futbolçusu Nəriman Axundzadəni transfer etdiyini açıqlayıb.

Bu barədə Kolumbus kollektivinin mətbuat xidməti məlumat yayıb.

21 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb.

O, P-1 vizasını (ABŞ-də idmançılara verilən xüsusi viza) aldıqdan sonra rəsmi olaraq komandanın heyətinə daxil olacaq və meydana çıxa biləcək.

Nəriman Axundzadə cari mövsüm "Qarabağ"ın heyətində Premyer Liqada 13 matçda meydana çıxıb və 3 qol vurub.

Müəllif: Orxan NOVRUZOV