Yığmamız Bakıda təlim-məşq toplanışı keçəcək

ESTAFET/ Xəbər verdiyimiz kimi, 17 yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın Kiyev şəhərində təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.

Turnirə hazırlıq məqsədi ilə, avqustun 20-dən 24-dək yığmamız Bakıda təlim-məşq toplanışında olacaq. Təlim-məşq toplanışına aşağıdakı futbolçular cəlb olunub.

1. Elgün Bayramov - Neftçi
2. Eldar Tağızadə - Fundacion Marcet (İspaniya)
3. Amin Ramazanov - Lokomotiv (Moskva, Rusiya)
4. Rəşad Həsənov - Keşlə
5. Cəlal Hüseynov - Zirə
6. Raqib Abışov - Sabah
7. Samir Həsənov - Rubin (Kazan, Rusiya)
8. Nikita Pesotski - Çertanovo (Moskva, Rusiya)
9. Ülvi Mədətov - Qəbələ
10. Zöhrab Əsədov - Qarabağ
11. Mirəli Əhmədov - Neftçi
12. Nihad Cəfərov - Neftçi
13. Elnur Mirzəyev - Zirə
14. Rauf Rüstəmli - Qəbələ
15. Əbil Əbilov - Keşlə
16. Vüsal Qəmbərov - Sabah
17. Musa Musazadə - Qarabağ
18. Arif Məmmədov - Səbail
19. Vüsal Əliyev - Zirə
20. Kamal Kazımov - Keşlə
21. Nicat Quliyev - Səbail
22. Nurəli Nurəliyev - Zirə
23. Mirmövsüm Canıyev - Qarabağ
24. Vaqif Həsənov - Keşlə

Xatırladaq ki, komandamız turnirdə Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq. 

Müəllif: Məsim MƏSİMZADƏ