“Fənərbaxça”nı “Nürnberq”ə dəyişdi
ESTAFET/ “Fənərbaxça”nın futbolçusu Mikael Frey karyerasını Almaniyada davam etdirəcək. 25 yaşlı hücumçu “Nürnberq”ə keçib.
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. İsveçrəli futbolçu Almaniya klubuna 1 illik icarəyə verilib. 2-ci Bundesliqa təmsilçisi mövsümün sonunda onu birdəfəlik transfer etmək hüququna da malikdi.
2018-ci ilin yayında “Fənərbaxça”ya keçən Frey, ötən mövsüm Super Liqada 14 oyuna 3 qol vurub.