Millinin heyətində dəyişiklik edilib
ESTAFET/ Bakıda təlim-məşq toplanışını davam etdirən futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. İtaliyanın “Feldi Eboli” klubunun müraciəti əsasında Poletto Fabio Jose millinin toplanışından azad edilib.
Qeyd edək ki, Azərbaycan millisi avqustun 26-da və 28-də müvafiq olaraq Minskdə və Borisovda Belarus yığması ilə yoldaşlıq oyunları keçirəcək.