Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/olimpspo/domains/estafet.az/public_html/includes/Parser.php on line 129
Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutub -
Cüdo millimiz dünya çempionatının komanda yarışlarında 5-ci yeri tutub

ESTAFET/ Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları keçirilib. Azərbaycan millisi ilk görüşünü güclü Portuqaliya yığmasına qarşı keçirib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmalarda cüdoçularımız 4:3 hesabı ilə qələbə qazanıblar. 1/4 finalda Braziliya komandasına uduzan millimiz təsəlliverici görüşdə Koreya yığmasını məğlub edərək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Rusiya cüdoçuları ilə mübarizədən məğlub ayrılan milli komandamız Tokio mundialında 5-ci yeri tutub. 

Müəllif: Natiq NƏSİROV