Polina Qurenko beynəlxalq turnirin ikiqat qalibi oldu

ESTAFET/ 16-17 yaşlılardan ibarət milli komandanın üzvü Polina Qurenko (53 kq) Çexiyanın Plzen şəhərində 20-ci uşaq, yeniyetmə və gənclər arasında açıq beynəlxalq turnirdə iki qızıl medal qazanıb.
14-15 yaşlı yeniyetmələr arasında ikiqat Avropa çempionu P.Qurenko həm öz yaş dərəcəsində, həm də 21 yaşadək idmançılar arasında bütün rəqiblərini məğlub edib. Beynəlxalq turnirdə 18 ölkədən 921 müxtəlif yaşlı karateçi iştirak edib.
Qadınlar arasında milli komandanın baş məşqçisi Denis Morozovun yetirməsini qarşıda Çilidə dünya çempionatı gözləyir. Çexiyada açıq karate kuboku yarışı oktyabrın son günlərində Santyaqoda gənclərin dünya çempionatına hazırlıq xüsusiyyəti daşıyıb.
