Karateçimiz ilk mərhələni uğurla keçdi

ESTAFET/ Milli komandanın üzvü Roman Heydərov Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Dünya Çimərlik Oyunlarında növbəti mərhələyə keçib.

O, 32 idmançıdan yüksək xallar qazanan daha 15 karateçi ilə birinci mərhələni geridə qoyub. 

Qeyd edək ki, karate olimpiya növü bu mötəbər yarışın proqramına ilk dəfə daxil edilib və idmançılar yalnız kata çıxışlarında mübarizə aparırlar. Yarışda 5 qitədən 33 ölkəni təmsil edən 64 karateçi iştirak edir.   

Dünya Çimərlik Oyunlarında karatenin kata çıxışları üzrə mükafatçılar bazar günü, 13 oktyabr tarixində məlum olacaq. 

Müəllif: Orxan NOVRUZOV