YENİYETMƏ VƏ GƏNCLƏR AVROPA ÇEMPİONATINDA İŞTİRAK EDƏCƏK

ESTAFET/  Azərbaycan Karate Federasiyasının məumatına görə, yeniyetmə və gənclərdən ibarət seçmə komandalar Bolqarıstanın paytaxtı Sofiyada növbəti Avropa çempionatında iştirak edəcəklər.


14-18 yaşlı yeniyetmə və gənclərin baş məqçisi, əməkdar məşqçi Anar Allahverdiyev və onun köməkçisi, əməkdar məşqçi Qurban Tağıyev 14-15 yaşlıların yarışında Tale Yaqubovun (-52 kq), Rəşid Həqiqətli (-57 kq), Tural Yaqubov (-63 kq), Fərid Şahbazlı (-70 kq), Mədinə Sadıqova (-47 kq), Ayla Rzazadə (-54 kq) və Səma İmanzadənin (+54 kq) çıxış etməsinə qərar verib.


Məşqçilər heyəti həmçinin 16-18 yaşlı gənclərdə Həsən Əliyevə (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Ruslan Əhmədov (-68 kq), Murad Balakişiyev (-76 kq), Murad Hacızadə (+76 kq), Fidan Teymurova (- 48 kq), İnci Əzizova (-53 kq) və Bəsti ismayılovaya (+53 kq) fərqlənmək imkanı verib.


18-20 yaşlı gənclərin baş məşqçisi, əməkdar məşqçi Şahin Xudaverdiyev isə kumite yarışlarında 8 idmançıya, o cümlədən Elcan Məmmədrzayevə (60 kq), Mirtaleh Əliyev (-67 kq), Vüsal Kamallı (-75 kq), Elman Babayev (-84 kq), Sərxan Quluzadə (+84 kq), Asiya Məlikova (-50 kq), İrina Zaretska (- 61 kq) və Fəridə Əliyevaya (+68 kq) medal qazanmaq şansı yaradıb.


Kata üzrə bütün ya qruplarının baş məşqçisi, əməkdar məşqçi Vahid Ayvazov 14-15 yaşlı yeniyetmələrdə Ceyhun İsmayılova, 18-20 yaşlı gənclərdə isə Roman Heydərova güvənir.

 
Azərbaycan Milli karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi ilə fevralın 15-də Sofiyaya yola düşən böyük heyət 6 gün sonra vətənə dönəcək.