Karateçilər dünya çempionatında mübarizəyə başladılar

ESTAFET/ Azərbaycan karateçiləri Çilinin paytaxtı Santyaqo şəhərində XI dünya çempionatında çıxışlara başalyıblar.
Yarışın ilk günü mübarizəyə qatılan Roman Heydərov 21 yaşadək, kata) yarımfinalda çıxışını başa vurub. Bürünc medal uğrunda görüşə qatılmaq üçün 0.20 xalı çatmayan R.Heydərov nəticədə 6-7-ci yerləri bölüşüb.
Turnirin ikinci günü 14-15 yaşlı yeniyetmələrdə Ramil Baxşəliyev (52 kq), Rumil Cəfərli (57 kq) və Arina Bezrebra (+54 kq) görüşlərə çıxacaq.
23-27 oktyabr tarixlərində Çilinin paytaxtı Santyaqoda Yeniyetmə və gənclərin növbəti dünya çempionatında 96 ölkədən 1557 idmançı iştirak edir.
