Aerobika təmsilçiləri Bolqarıstanda bürünc medal qazanıb

ESTAFET/ Ötən həftəsonu Bolqarıstanın Plovdiv şəhərində aerobika gimnastikası üzrə “Plovdiv Cup” adlı beynəlxalq turnir təşkil edilib.
Yarışda “Ocaq Sport” İdman Klubunun gimnastları Ayan Əliyeva, Məryəm Topçubaşova, Fidan İbrahimova, Evelina Kozlovskaya və Leyla Əhmədova 9-11 yaşlı gimnastlar arasında yarışıblar.
Qrup proqramı üzrə çıxışları gimnastlara bürünc medal qazandırıb.
