FIDE QRAN PRİ-2017: ŞARCA - IV TUR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Şarca (BƏƏ) şəhərində FIDE-nin Qran-Pri seriyasından olan 1-ci mərhələnin oyunları keçirilir. Bu gün turnirdə 4-cü turun oyunları baş tutub. Təmsilçimiz Şəhriyar Məmmədyarov bu turda növbəti qələbəsini qazanıb və fransız Vaşyer-Laqravla birlikdə 3 xalla turnir cədvəlinə liderlik edir.
 
Keçirilən qarşılaşmalar aşağıdakı nəticələrlə yekunlaşıb.
 
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maylk Adams (İngiltərə) 1-0
Hikaru Nakamura (ABŞ) - Makim Vaşyer-Laqrav (Fransa) 0,5-0,5
Yon Lyudviq Hammer (Norveç) - Fransisko Falyexo Pans (İspaniya) 0,5-0,5
Pavel Elyanov (Ukrayna) - Hou Yifan (Çin) 0,5-0,5
Yan Nepomnyaşni (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) 0,5-0,5
Dmitriy Yakovenko (Rusiya) - Dinq Liren (Çin) 0,5-0,5
Li Çao (Çin) - Yevgeni Tomaşevskiy (Rusiya) 1-0
Riçard Rapport (Macarıstan) - Saleh Salem (Misir) 0,5-0,5

Levon Aronyan (Ermənistan) - Aleksandr Ryazantsev (Rusiya) 0,5-0,5