İntizam Komitəsinin iclası keçirildi

ESTAFET/ AFFA-nın inzibati binasında bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib. İclas zamanı futbol üzrə Azərbaycan Premyer Liqasının və I Divizionun bəzi komandaları haqda aşağıdakı qərarlar qəbul olundu:
Premyer Liqanın IX turunun “Keşlə” – “Qəbələ” matçı “Keşlə” klubuna görə 2 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunur;
I divizionun VIII turunun “Ağsu” – “Sumqayıt” matçının 90+6-cı dəqiqəsində “Sumqayıt” klubunun 88 №-li futbolçusu Cavid Quliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I divizionun VIII turunun “Sabah” – “Keşlə” matçında “Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
I divizionun VIII turunun “Zaqatala” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur;
Oyunun 71-ci dəqiqəsində “Kəpəz” klubunun 24 №-li futbolçusu Ayxan Quluzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
Oyunun 90-cı dəqiqəsində “Zaqatala” klubunun 11 №-li futbolçusu Səid İbadov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
I divizionun VIII turunun “Zirə” – “Neftçi” matçının 90+4-cü dəqiqəsində “Zirə” klubunun 24 №-li futbolçusu Elçin Bayramov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
