6-cı tur geridə qaldı

ESTAFET/ Basketbol üzrə kişilər arasında Azərbaycan Super Liqasında dünən keçirilən 3 oyunla 6-cı tura yekun vurulub.

"Xirdalan"la "80"lər arasında keçirilən oyun dramatikliyi ilə yadda qalıb. Belə ki, xala-xal gedən oyunun 2-ci hissəsindən sonra "80"lər 40:32 hesabı ilə irəlidəydilər. Amma 3-cü hissənin ortalarında "80"lərin aparıcı oyunçusu Zaur Quşanov ağır zədə aldı. Bu hadisə qarşılaşmanın gedişini "Xirdalan"nın xeyrinə əyərək "80"lərin uduzmasının əsas səbəblərindən biri oldu - 80:67.

Digər iki qarşılaşma aşağıdakı hesablarla yekunlaşıb:

"Zirvə" BK- " Atletik" BK 73:61

"Sərkərdə" BK- "Sıçrayış" BK 84:64

Müəllif: Məsim MƏSİMZADƏ